İlk öncə Facebook şirkətlərə nə verir?
Bu gün şirkətlər öz Facebook izləyicilərinə daha loyal şərtlərlə məhsullar təklif edir, öz brendlərini müştərinin beynində daha çox möhkəmlətməyə və müştərilərə xoş “müştəri təcrübəsi” yaşatmağa çalışırlar.
Müştərilər şirkətlərin səhifəsindən nə əldə edir?
İlk növbədə öz suallarına cavab tapır. Yəni, əlavə vəsait və zaman sərf etmədən, onsuzda vaxtının müəyyən hissəsini facebook-da keçirən müştəri həmin şirkətlə bağlı öz suallarına birbaşa verə biləcəyi ünvan tapır. Bu zaman telefon növbəsində gözləmək, uzun zaman ərzində elektron cavablayıcıları dinləmək zərurəti qalmır. Müştəri şirkətin həyatında baş verən dəyişikliklər ilə bağlı mütəmadi olaraq Facebook səhifəsində məlumat ala bilir. İstər bu yeni məhsullar, xidmətlər olsun, istərsə də yeni açılmış filial, qeyri-iş günləri ilə bağlı planları, yeni keçirilən viktorinalar və s. Həmçinin pis xəbərlər də bu sıraya daxildir.
Müştərini məlumatlandırmaqda maraqlı olan sığorta şirkətləri digər kanallar kimi sosial şəbəkələrdən də aktiv istifadə edirlər. Təəssüf ki, bu baxımdan bütün sığorta şirkətlərini eyni sıraya qoymaq olmaz. Bəzi şirkətlərin səhifələrinin “kontent manecerləri” səhifəyə yalnız bayramdan bayrama daxil olur və səhifənin “cover foto”sunu dəyişməklə öz işini bitmiş hesab edirlər. Hətta bəzən yeni filialın açılışı kimi vacib xəbərlər də səhifələrdə yer almır.
Vizual görüntü və səhifənin dizaynı
Əksər sığorta şirkəti səhifələri öz yaratdıqları vizual görüntülərdən istifadə edir. Bu baxımdan bütün sığorta şirkətlərinin fəaliyyəti təqdirəlayiqdir. Səhifələrdə nadir hallarda digər bir mənzərə və ya fotoya rast gəlmək olur. Səhifələdəki paylaşmalar şirkətin brendinə və imicinə uyğun olur.
Biz sığorta şirkətlərinin səhifələrini bəyənənlər və izləyənlərinin sayı, paylaşımları və gələn mesajlara cavab vermə müddəti üzrə qiymətləndirərək facebook-dakı aktivliklərini müəyyən etməyə çalışdıq:
Sığorta şirkətinin adı |
Bəyənənmə sayı |
Paylaşımların sayı |
İnbox-da verilən sualların cavablandırılması müddəti |
---|---|---|---|
A-Qroup Sığorta |
29.464 |
13 |
1 neçə dəqiqə |
AXA MBASK Sığorta |
13.994 |
12 |
1 neçə saat |
AtaSığorta |
24.385 |
13 |
1 neçə saat |
Atəşgah Sığorta/Atəşgah Həyat Sığorta |
29.291 |
44 |
1 gün içində |
AzSığorta |
29.174 |
6 |
1 gün içində |
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti |
329 |
0 |
1 gün içində |
Azərbaycan Sənaye Sığorta |
1.209 |
2 |
1 gün içində |
Bakı Sığorta |
22.572 |
9 |
1 neçə dəqiqəyə |
Günay Sığorta |
69.531 |
17 |
1 neçə saat |
Mega Sığorta |
2.087 |
1 |
dərhal cavab verir |
Paşa Həyat Sığorta |
52.319 |
26 |
1 saat ərzində |
Paşa Sığorta |
57.533 |
24 |
1 neçə dəqiqə |
Qala Həyat Sığorta |
7.300 |
7 |
1 neçə saat ərzində |
Rəvan Sığorta |
1.199 |
24 |
1 saat ərzində |
Standard Insurance |
8.016 |
24 |
dərhal cavab verir |
Xalq Sığorta |
2.933 |
4 |
1 neçə saat ərzində |
Qala Sığorta |
343 |
16 |
1 saat ərzində |
İpək Yolu Sığorta |
49 |
0 |
- |
Amrah Sığorta |
3301 |
0 |
- |
Facebook səhifələrini bəyənənlərin və izləyənlərin sayına görə ilk üçlükdə Günay Sığorta, Paşa Sığorta və Paşa Həyat Sığorta yer alıb. Ən az izləyici sayı olan isə İpək Yolu Sığorta, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Qala Sığorta şirkətidir.
Təəsüf ki, Naxçıvansığorta şirkətinin rəsmi facebook səhifəsi olmadığından bu qiymətləndirmədə iştirak edə bilməyib.
Ən çox paylaşım isə Atəşgah Sığorta və Atəşgah Həyat Sığorta şirkətinin ortaq facebook səhifəsi olan Ateshgah İnsurance Group tərəfindən edilib. Paylaşım sayına görə növbəti olaraq Paşa Həyat Sığorta, Paşa Sığorta, Rəvan Sığorta və Standard Insurance şirkətləri gəlir. Qeyd edək ki, cədvəldə 1 yanvar 2018-ci ildən indiyə qədər olan paylaşımların sayı göstərilir.
Facebook-un yeni funksiyaları əsasında artıq səhifələrin gələn mesajları nə qədər tez cavablandırdığını müəyyən etmək mümkün olub. Sığorta şirkətləri də facebook vasitəsi ilə izləyicilərinin suallarını adətən bir neçə saat ərzində cavablandırırlar. Bu göstəriciyə görə iki sığorta şirkəti liderlik edir. Belə ki, Standard İnsurance və Meqa Sığorta şirkətləri səhifəyə gələn mesajları dərhal cavablandırırlar. Ən passiv olan isə İpək Yolu Sığorta və Amrah Sığorta olub. Onların səhifələrində bu haqda məlumat ümumiyyətlə görünmür.