Sığorta şirkətinin rəhbərliyində dəyişiklik olub | Banco.az

Sığorta şirkətinin rəhbərliyində dəyişiklik olub

“Rəvan Sığorta” ASC-nin məsul aktuarisi dəyişib. 

Məlumata görə, indiyə qədər bu vəzifəni tutan İlahə Manafovanı Mirvari Ağayeva əvəz edib. M.Ağayeva bundan əvvəl hazırda ləğvetmə prosesində olan “Buta Sığorta” ASC-nin məsul aktuarisi vəzifəsində çalışıb.

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8,9 mln. manatdır. Şirkətin səhmlərinin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et