Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 13 fevral 2025-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus 2 nəqliyyat vasitəsi təkrar 4-cü dəfə 50% endirimlə satışa çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 7 100 manat (FAW B30) və 13 700 manatdır (BMW 740). Hərracda iştirak etmək üçün start qiymətinin 10%-i beh kimi ödənilməlidir.
Daha ətraflı məlumat:
Bizi sosial şəbəkələrdən izləyin!!