Sığorta şirkətinə məxsus avtomobillər yenidən satışa çıxarılır | Banco.az

Sığorta şirkətinə məxsus avtomobillər yenidən satışa çıxarılır

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 25 oktyabr tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus 7 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 10 350 manatdan 24 660 manata qədərdir. Siyahı ilə linkə keçid edərək tanış ola bilərsiniz.

Qeyd edək ki, nəqliyyat vasitələri 2-ci dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram