Sığorta şirkətindən "İdeal" kart sahiblərinə endirim! | Banco.az

Sığorta şirkətindən "İdeal" kart sahiblərinə endirim!

“Rəvan Sığorta” şirkəti ilk dəfə olaraq “İdeal” kosmetika və parfumeriya mağazalar şəbəkəsinin endirim kartları ilə avtomobillərin kasko sığortasında endirimə başlayıb. Şirkətdən verilən məlumata görə, sığorta haqqına ediləcək endirimlər "İdeal" kartlarının endirimindən asılı olacaq.

Belə ki, "İdeal"dan 5-10% endirim kartları olanlar "Rəvan Sığorta"da avtomobillərini 10% ucuz qiymətə, "İdeal"dan 15-20-25% endirim kartları olanlar isə avtomobillərini 15% ucuz qiymətə sığortalaya bilərlər. Qeyd edək ki, endirim yalnız nəğd satılan avtomobillərə şamil olunur.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətdən bildirilib ki, bu kampaniya “İdeal” mağazalar şəbəkəsi ilə qarşılıqlı əməkdaşlıq haqda müqavilə çərçivəsində həyata keçirilir. Şirkətdən verilən məlumatda həmçinin qeyd olunub ki, şirkət mağazanın endirim kartına sahib olan istənilən sayda müştəriyə güzəşt etmək iqtidarındadır. Onun sözlərinə görə, bu kampaniya nəticəsində kasko sığortada satışın 20-25% artacağı proqnozlaşdırılır. 

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et