Sığorta şirkətində ən çox maaşı kim alır? | Banco.az

Sığorta şirkətində ən çox maaşı kim alır?

Azərbaycanın sığorta şirkətlərində sürətlə populyarlaşan və əmək haqqının ən yüksək olduğu peşələrdən biri aktuarilərdir. Maliyə Nazirliyinin Sığorta Nəzarəti Xidmətindən verilən məlumata görə, 2007-ci ildən etibarən Maliyyə Nazirliyinin və Sığortaçılar Assosiasiyasının birgə təşkil etdiyi aktuar hesablamalar kurslarında 250-dək tələbə, magistr, elimlər namizədi və müxtəlif təşkilatların nümayəndələri iştirak edib: "Kursların sonunda kvalifikasiya imtahanları keçirilib və onları müvəffəqiyyətlə bitirən aktuarilər sığorta və digər təşkilatda yüksək vəzifələr tutmaqla, yüksək əmək haqqı ilə çalışmaqdadırlar".
Aktuarilər yüksək məbləğli əmək haqları ilə seçilirlər. Aktuari kurslarında iştirak edib işlə təmin olunan 15-dən çox aktuari 1500 manatdan çox, 25-dən çox aktuari 1000 manatdan çox, cəmi 40-dək aktuari olmaqla orta hesabla 1200 manatdan çox əmək haqqı alır.
Xatırdadaq ki, “Sığorta fəaliyyəti haqqında” Qanunda əlavə və dəyişikliklərdən sonra sığorta şirkətlərində aktuarilərin vəzifə və öhdəliklərinin kifayət qədər artması, həmçinin sığortaçılar tərəfindən işə götürülmüş aktuarilərin bilik və intellektual bacarıqlarının yüksək olması səbəbi ilə sığorta şirkətlərində aktuari fəaliyyətinə böyük ehtiyac duyulmaqdadır. Maliyyə təşkilatlarında, xüsusilə də, sığorta sahəsindəki risklərin düzgün qiymətləndirilməsi və beləliklə də, şəffaflılığın artırılması məqsədi ilə aktuari fəaliyyətinin gələcəkdə Azərbaycanda böyük vüsət alması üçün ciddi işlər görülməsi planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az