AXA MBASK Sığorta Şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib.
Şirkətdən verilən məlumata görə, AXA MBASK Sığorta Şirkəti ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə mayın 18-dən etibarən İdarə Heyətinin sədri Yavuz Ölken Direktorlar Şurasının üzvü, İdarə Heyəti sədrinin birinci müavini Selçuk Adıgözəl isə İdarə Heyətinin sədri təyin edilib.