Meqa Sığorta şirkəti nizamnamə kapitalını artırır
Banco.az QKDK-ya istinadən məlumat verir ki, 29 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Meqa Sığorta" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 5000 manat olan 500 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001006183 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Yerləşdirilmə uğurla başa çatarsa, şirkət 2 500 000 AZN vəsait cəlb etmiş olacaq.