Sığorta şirkəti bazarı tərk etməkdən imtina edib | Banco.az

Sığorta şirkəti bazarı tərk etməkdən imtina edib

Bu gün “Başak İnam Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Yığıncaqda şirkətin bazarı tərk etməsi ilə bağlı qərarın icrasının müvəqqəti təxirə salınmasına, “Başak İnam Sığorta”nın ölkədə fəaliyyət göstərən digər sığorta şirkətlərindən biri ilə birləşməsi istiqamətində iş aparılmasına, ən pis halda isə onun satılmasına qərar verilib. Bu qərar 92%-lik yetərsayla qəbul edilib.

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

“Başak İnam Sığorta” bir qədər əvvəl bazarı tərk etmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Palata sığorta şirkətinin bağlanmasına artıq razılıq verib.

Mənbə: Report.az