Sığorta şirkəti 2019-cu ilin ilk 6 ayını mənfəətlə başa vurub | Banco.az

Sığorta şirkəti 2019-cu ilin ilk 6 ayını mənfəətlə başa vurub

100% “AB Standard” QSC-yə məxsus olan “Standard İnsurance” Sığorta Şirkəti 2019-cu ilin 1-ci yarısını  283 min manat mənfəət ilə başa vurub. Halbuki, şirkəti ötən ilin eyni dövründə zərər etmişdi.

2019-cu ilin yanvar-iyun dövründə “Standard İnsurance”ın cəmi gəlirləri 5 milyon 164 min manat, cəmi xərcləri isə 4 milyon 881 min manat təşkil edib. Nəticədə şirkətin 283 min manat mənfəəti qalıb. Mənfəətdən 57 min manat mənfəət vergisi ödənilib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında “Standard İnsurance”ın cəmi gəlirləri 4 milyon 892 min manat, cəmi xərcləri isə 5 milyon 266 min manat təşkil etmiş və xərclər gəlirləri üstələdiyindən 375 min manat zərər yaranmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin 1-ci yarısı ilə müqayisədə cari ilin 1-ci yarısında “Standard İnsurance”ın gəlirlərinin artması və xərclərinin azalması mənfəətin yaranmasını təmin edib.

2019-cu ilin ilk 6 ayın da “Standard İnsurance”ın işçilərinin sayı 13 nəfər artaraq 111 nəfərə çatıb.

KAPİTALI ARTIRILIR

İyunun 25-də “AB Standard” Standard İnsurance”ın nizamanmə kapitalının 1,6 milyon manat artırılmasına qərar verirb. Proses başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 12,6 milyon manata yüksələcəkdir. Yeni səhmlər qapalı şəkildə yerləşdiriləcəkdir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et