Sığorta sektorunda vətəndaş yönümlü bir çox dəyişiklik olacaq | Banco.az

Sığorta sektorunda vətəndaş yönümlü bir çox dəyişiklik olacaq

Azərbaycanın sığorta sektorunda vətəndaş yönümlü bir çox dəyişikliklər ediləcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov bildirib.

Onun sözlərinə görə, vətəndaşların hüquqlarının qorunması istiqamətində, ümumiyyətlə, mexanizmin özündə böyük dəyişikliklər olacaq və bura zərərlərin qiymətləndirilməsinin birbaşa tənzimlənməsi mexanizmi də aiddir.

"Bu, o deməkdir ki, sığortalı özünün hansı sığorta şirkətindən sığorta şəhadətnaməsi alıbsa, zərəri o ödəyəcək, zərər vuran tərəf yox. Bununla da sığorta xidmətinin səviyyəsi artacaq", - AMB rəsmisi bildirib.

V. Qurbanov əlavə edib ki, dəyişikliklər icra olunmamışdan əvvəl AMB hərtərəfli təhlillər aparır.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et