Sığorta ödənişlərinin 87%-i bu şirkətlərin payına düşür | Banco.az

Sığorta ödənişlərinin 87%-i bu şirkətlərin payına düşür

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyata keçirilmiş 401,211 milyon manat sığorta ödənişinin 348,994 milyon manatı və yaxud 87%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankına məlumatına əsasən, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (187,553 milyon manat) və “PAŞA Sığorta” (64,625 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 52,41 milyon manat), eləcə də "Atəşgah Həyat Sığorta" (26,421 milyon manat) və “Xalq Sığorta” (17,985 milyon manat)  ASC-lərdir.

10 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (85 min manat), “Xalq Həyat Sığorta” (89 min manat), “Naxçıvan Sığorta” (322 min manat) və “Bakı Sığorta” (845 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,341 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 50,876 milyon manat (12,7%) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et