Sığorta ödənişlərinin 78 %-i könüllü sığorta növünün payına düşüb | Banco.az

Sığorta ödənişlərinin 78 %-i könüllü sığorta növünün payına düşüb

SIĞORTA BAZARININ 2017-ci İLİN YANVAR-NOYABR AYLARI ÜZRƏ GÖSTƏRİCİLƏRİ AÇIQLANIB

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından banco.az-a verilən məlumata görə, 2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 504,234,798 milyon manat sığorta haqqı toplanmışdır. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 230,880,320 milyon manat təşkil edib.           

Cari ilin ilk 11 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının  45,79  manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 48,61 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 milyon 960 min manat artaraq 335 milyon  764 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 13 milyon 688 min manat artaraq 179 milyon 720 min manata yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67%-i könüllü, 33%-i icbari sığorta növlərinin payına düşüb.  Sığorta ödənişlərinin isə  78 %-i könüllü, 22%-i icbari sığorta növlərinin payına düşüb.

2017-ci ilin yanvar-noyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az[email protected] ünvanına müraciət edə bilərlər.