Sığorta ödənişinin məbləği SMS-lə göndəriləcək | Banco.az

Sığorta ödənişinin məbləği SMS-lə göndəriləcək

Azərbaycanda sığorta tələblərinin idarə olunması ilə bağlı proqram təminatı hazırlanır. Bu barədə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib. Məlumata görə, söhbət sığorta hadisələri ilə bağlı tələblərin tənzimlənməsinin avtomatlaşdırılmasından gedir.

Belə ki, yeni proqram təminatı işə düşdükdən sonra sığortalı şəxslər irəli sürdükləri tələblərə dair prosesi izləyə biləcəklər. Yəni, sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkətinə müraciət edən şəxsə onun tələbinin qeydə alınması, araşdırılması, ödənişin təyin olunub-olunmaması, sığorta ödənişinin nə vaxt və harada veriləcəyi ilə bağlı SMS vasitəsilə məlumat veriləcək. Bunun üçün sığorta tələbinin qeydə alındığı nömrənin SMS-lə İSB-yə göndərilməsi kiyafət edəcək. Sığortalılara məlumatı elektron poçt vasitəsi ilə əldə etmək imkanı da yaradılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Proqram təminatı həm də sığorta şirkətləri və sığorta hadisələri ilə bağlı araşdırma aparmağa, tələblərin necə, hansı müddətdə yerinə yetirildiyini analiz etməyə, çevik və ləng işləyən şirkətləri müəyyənləşdirməyə imkan verəcək.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et