Rusiyanın "İnqosstrax" sığorta şirkəti səyahət həvəskarları üçün “Ingos Travel” adlı yeni mobil tətbiqini buraxıb. Əlavənin köməyi ilə müştərilər onlayn rejimdə sığorta məhsulunu ala və onun dəyərini hesablaya biləcəklər.
Müştəri sığortanın pulunu kart vasitəsilə ödəyəndən sonra sığorta müqaviləsi PDF formatında onun elektron poçtuna göndəriləcək. Yeni mobil tətbiq bu məhsulu yaddaşda saxlamağa imkan verir, həmçinin bir sıra digər funksiyalardan istifadə etməyə imkan yaradır.
Məsələn, bu proqramın səfər zamanı səyahətçiyə dünyanın istənilən nöqtəsində öz büdcəsini planlaşdırmaq və nəzarət etmək, səyahətin marşrutunu planlaşdırmaq, səyahət zamanı istifadə etdiyi valyutaları dəyişmə, hava şəraitini öyrənmə və tərcüməçi kimi imkanlar verən funksiyaları var.
Hələlik, bu mobil əlavədən İOS bazasındakı qurğularda, yəni "iPhone" və "iPad"larda istifadə etmək üçün mümkündür. Yaxın vaxtlarda əlavənin "Android" variantı da hazırlanacaq.
fins.az