Sığorta müqavilələrinin sayı azalıb | Banco.az

Sığorta müqavilələrinin sayı azalıb

2015-ci ilin 9 ayı ərzində 746 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.

2015-ci ilin yanvar-sentyabr ayları ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 746 518 müqavilə qeydiyyata alınmışdır. Bunların 132 924-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 58,5 milyon manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 8%, sığorta haqlarının məbləğində isə 13% artım müşahidə edilmişdir.

2015 və 2014-cü illərin yanvar-sentyabr aylarında informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilən 4 icbari sığorta növü üzrə bağlanmış müqavilələrin say və məbləği aşağıdakı kimi olmuşdur:

Ən sərfəli krediti almaq üçün müraciət et