Sığorta haqlarının məbləği artdı | Banco.az

Sığorta haqlarının məbləği artdı

Mart ayı ərzində İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 1,2 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilib.

Bu ilin mart ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,015 sığorta tələbi üzrə 1,209,656 manat məbləğində sığorta ödənişi həyata keçirilib. 

2014-cü ilin fevral ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1,141 manat təşkil edib.

Eyni zamanda mart ayında 61,215 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. Bunların 19,8 minə yaxını xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 4,4 milyon manatdan çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,7%, sığorta haqlarının məbləğində 2,4% artım müşahidə edilib.

Bu ilin fevral ayında orta sığorta haqqı 72,9 manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et