Sığorta haqlarının 79%-i 5 şirkətin payına düşür | Banco.az

Sığorta haqlarının 79%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-mart aylarında Azərbaycanda toplanılmış 249,989 milyon manat sığorta haqqının 197,567 milyon manatı və yaxud 79%-i 5 sığorta şirkətinin payına düşüb.

Həmin şirkətlər "PAŞA Sığorta" (79,291 milyon manat), "PAŞA Həyat Sığorta" (53,201 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 38,088 milyon manat), eləcə də “Qala Sığorta” (16,231 milyon manat) və “Atəşgah Həyat Sığorta” (10,756 milyon manat) ASC-lərdir.

3 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazarı tərk etmiş “Rəvan Sığorta” (0 manat), bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (76 min manat), eləcə də "Naxçıvan Sığorta" (439 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (566 min manat) və “Bakı Sığorta” (574 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,655 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,7%-i deməkdir.

Qalan 11 sığorta şirkətinin ümumi yığımları isə 50,767 milyon manat (20,3%) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et