Sığorta haqlarının 73%-i 5 sığorta şirkətinin payına düşür | Banco.az

Sığorta haqlarının 73%-i 5 sığorta şirkətinin payına düşür

2020-ci ildə Azərbaycanda toplanılmış 728 milyon 634 min manat sığorta haqqının 529 milyon 543 min manatı və yaxud 72,7%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (242 milyon 632 min manat), "PAŞA Sığorta" (163 milyon 453 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 49 milyon 122 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (41 milyon 498 min manat) və "Qala Sığorta" (32 milyon 838 min manat) ASC-lərdir.

İl ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (18 min manat), “Rəvan Sığorta” (1,078 milyon manat), "Naxçıvan Sığorta" (1 milyon 671 min manat) və ləğv prosesində olan “Amrah Sığorta”  ASC-lərdir (1 milyon 982 min manat). Adları çəkilən şirkətlər ümumilikdə 4 milyon 754 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,6%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 194 milyon 337 min manat (26,7%) təşkil edib.

Səğorta ödənişlərinin 86%-i 5 şirkətin payına düşür

2020-ci ildə Azərbaycanda həyata keçirilmiş 465 miylon 153 min manat sığorta ödənişinin 401 milyon 359 min manatı və yaxud 86,3%-i 5 sığorta şirkətinin payına düşüb.

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (222 milyon 977 min manat), "PAŞA Sığorta" (71 milyon 452 min manat), "Atəşgah Həyat Sığorta" (55 milyon 971 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 33 milyon 351 min manat), eləcə də “Xalq Sığorta” (17 milyon 608 min manat) ASC-dir.

Ən sərfəli kredit üçün müraciət et

İl ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (0 manat), "Naxçıvan Sığorta" (49 min manat), "Rəvan Sığorta" (332 min manat) və “Bakı Sığorta” (371 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 752 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,2%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi ödənişləri isə 63 milyon 42 min manat (13,5%) təşkil edib.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et