Sığorta haqları azalıb, icbari sığortalanan avtomobillərin sayı artıb | Banco.az

Sığorta haqları azalıb, icbari sığortalanan avtomobillərin sayı artıb

2014-cü ilin iyun ayında 69,440 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur. Bunların 20 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5 milyon manatdan çox olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,4 % artım, sığorta haqlarının məbləğində 2,28 % azalma müşahidə edilmişdir.

Ümumilikdə, cari ilin altı ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 416 mindən çox sığorta müqaviləsi bağlanılmış və müqavilələr üzrə sığorta haqları 32,2 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2014-cü ilin ilk altı ayı ərzində sığorta müqavilələrinin sayında 5,03 %, sığorta haqlarının məbləğində isə 6,39 % azalma müşahidə edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin iyun ayında orta sığorta haqqı 73 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,75 (iki manat yetmiş beş qəpik) manat azdır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et