“Sığorta dələduzluğu”nun qarşısının alınması üsullarından danışılıb | Banco.az

“Sığorta dələduzluğu”nun qarşısının alınması üsullarından danışılıb

4 noyabr 2015-ci il tarixində Azərbaycan Sığortaçılar Assosiasiyasının ofisində “Sığorta dələduzluğu” və “Tibbi sığortada dələduzluq” mövzusunda seminar keçirilib. Seminarda təqdimatla çıxış edən “IBM” şirkətinin analitik satış lideri Andrey Larşin və “HITURE” şirkətinin nümayəndəsi Faruq Muğanlinski seminar iştirakçılarına müasir texnologiyalardan istifadə etməklə sığorta dələduzluğunun və tibbi sığortada dələduzluğun qarşısının alınması üsullarından bəhs ediblər.

Tədbirdə bildirilib ki, şirkətin istifadə etdiyi müasir riyazi analiz texnologiyaları və informasiyaların emalı üsulları sığorta dələduzluğu hallarının qarşısının alınmasına imkan verir. İstifadə olunan üsullar hətta ən mürəkkəb dələduzluq sxemlərinin aşkar edilməsinə, onlara qarşı tədbir görülməsinə şərait yaradır. Bu texnologiylaar vasitəsilə nəinki baş vermiş hallar aşkar edilir, eləcə də gələcəkdə belə halların baş verməsinn qarşısı alınır.  Bununla da sığorta şirkətlərinə və vətəndaşlara böyük məbləğdə zərər vuracaq hallar aradan qalxır.  Ekspertlər bildiriblər ki, təqdim etdikləri yeni analiz texnologiyalarından təkcə sığorta sahəsində deyil, bank və biznesin digər sahələrində də istifadə oluna bilər.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta şirkətləri arasında böyük maraq doğuran görüşdə ümumilikdə 15 sığorta şirkətindən 34 nümayəndə iştirak edib.

Ən sərfəli krediti almaq üçün müraciət et