Sığorta bazarının göstəriciləri açıqlanıb | Banco.az

Sığorta bazarının göstəriciləri açıqlanıb

2018-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 663.9 mln. manat məbləğində sığorta haqları toplanıb, 224.1 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Könüllü sığorta bazarı üzrə haqlar 485.3 mln. manat, ödənişlər isə 162.4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 178.6 mln. manat, ödənişlər isə 61.7 mln. manat olub.

2018-ci ilin yanvar-noyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.1%-i könüllü, 26.9%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72.5%-i könüllü, 27.5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin yanvar-noyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Ən sərfəli krediti almaq üçün müraciət et