Sığorta bazarının 63,4%-i könüllü formalaşıb | Banco.az

Sığorta bazarının 63,4%-i könüllü formalaşıb

2015-ci ildə Azərbaycanda toplanmış sığorta haqlarının 63,4%-i və ya 281 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, əvvəlki illə müqayisədə 1,3% azdır.

İcbarı sığorta növlərində yığım isə 161,9 milyon manat və ya bazarın 36,6%-ni təşkil edib. 2014-cü ilə nisbətən icbari sığorta bazarı 12,1% böyüyüb.

İl ərzində ümumi ödənişin 75,4%-i və ya 135,8 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortada ödəniş əvvəlki illə müqayisədə 18,4% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, icbari sığorta növləri üzrə ödəniş isə 44,4 milyon manat və ya ümumi bazarın 24,6%-ni təşkil edib. Bu, əvvəlki ilə nisbətən 4,8% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqının 48,3 manatı ödəniş edilib.  2014-cü ildə bu rəqəm 40,3 manat olub. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 29,4 manatdan 27,4 manata düşüb.

Ən sərfəli krediti almaq üçün müraciət et