Sığorta bazarının 63%-i könüllü formalaşıb | Banco.az

Sığorta bazarının 63%-i könüllü formalaşıb

2015-ci ilin yanvar-iyul aylarında  Azərbaycanda toplanmış sığorta haqlarının 62,7%-i və ya 177,5 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 6,6% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 105,6 milyon manat və ya bazarın 37,3%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 24,1% böyüyüb.

7 ayda ümumi ödənişin 76%-i və ya 79,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.  Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 47,3% artıb.

Ən sərfəli kredit üçün müraciət et

İcbari sığorta növləri üzrə ödəniş isə 25,2 milyon manat və ya ümumi bazarın 24%-ni təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 5,3% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,8 manat ödəniş həyata keçirilib.  2014-cü ilin eyni dövründə isə bu göstərici 32,5 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 28,1 manatdan 23,9 manata düşüb. 

Ən sərfəli krediti almaq üçün müraciət et