Sığorta bazarında 40% artım proqnozlaşdırılır | Banco.az

Sığorta bazarında 40% artım proqnozlaşdırılır

“Azərbaycanda hər il 10% böyüyən sığorta bazarının bu ilin yekununda 40% artacağı proqnozlaşdırılır”.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli bildirib.

"Bəzi sığorta növlərində sabitlik var. Ancaq biz bazarın çoxşaxəli inkişafına çalışırıq. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində bazarının artırılması hədəflənir. Bu sahədə yığımlar 40 mln. manatdan 100 mln. manata çatdırıla bilər. Bu isə bir sığorta növü üzrə 150%, ümumi sığorta bazarının isə 10% artımı deməkdir. Bazarda həmçinin kənd təsərrüfatı, icbari sığorta növlərinin artırılması üzrə aktiv danışıqlar aparılır", - o qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et