Sığorta bazarı ilin ilk yarısında 14%-dən çox böyüyüb | Banco.az

Sığorta bazarı ilin ilk yarısında 14%-dən çox böyüyüb

2015-ci ilin I yarısında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 242,4 mln. manat sığorta haqqı toplanıb.

Banco.az "APA"ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov ənənəvi keçirilən brifinqdə bildirib.

O. Bayramov bildirib ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 14,3% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

"Yarım il ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər 92,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,8% çoxdur", - deyə ASA rəhbəri qeyd edib.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyun aylarında 30,9 manat olub.