Sığorta bazarı böhran içindədir | Banco.az

Sığorta bazarı böhran içindədir

2014-2015-ci illər Ukraynanın sığorta bazarı üçün ağır keçəcək. Bu barədə “Insurance Top” jurnalı məlumat yayıb. Jurnalın məlumatına görə, qarşıdakı illərdə sığortaçılar makroiqtisadi və siyasi amillərin təsiri altında olacaqlar: Sığorta portfelinin 4%-nin cəmləşdiyi Krım bölgəsi ilə yanaşı, Donetsk və Luqanskda da bank aktivləri və məişət texnikasının satışı azalacaq ki, bu da öz nöbəsində sığorta haqlarının məbləğində 20%-ə qədər azalmaya səbəb olacaq. “Bu gün sığorta şirkətlərinin yığımları azalır. Çünki yeni avtomobilləri satılmır, kreditə verilmir, avtomobil parkı köhnəlir və yenilənmir. Digər tərəfdən isə siyasi gərginliyin olduğu bölgələrdə əmlakını və sağlamlığını sığortalamaq istəyən çox olsa da, sığorta şirkətləri həmin yerlərlə bağlı təkliflər etmirlər və yeni müqavilələr bağlanmır" - deyə jurnal bildirir.
Makroiqtisadi amillərə gəlincə isə, jurnal Ukraynada iqtisadi inkişaf sürətinin zəifləməsini, işgüzar aktivliyin azalmasını, avtomobil, dərman və daşınmaz əmlak satışının azalmasını, həmçinin əhalinin sığortaya inamının zəifləməsini göstərib.

Ən sərfəli kredit üçün müraciət et

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et