Sığorta agentləri xüsusi mərkəzdə təlim keçəcək | Banco.az

Sığorta agentləri xüsusi mərkəzdə təlim keçəcək

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) nəzdində sığorta agentlərinin tədris mərkəzinin cari ilin oktyabr ayında yaradılması planlaşdırılır.

Bu barədə ASA-nın rəhbəri Orxan Bayramov çərşənbə günü təşkil olunan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, oktyabr ayında yaradılması planlaşdırılan mərkəz öz fəaliyyətinə noyabr ayında start verəcək.

"Əslində mərkəzin yaradılması üçün uzun müddət tələb olunmur. Lakin yalnızca mərkəzin yaradılması ilə iş bitmir. Müvafiq tədris vəsaitləri olmadan onun öz fəaliyyətini davam etdirməsi qeyri-mümkündür. Bu səbəbdən də hal-hazırda Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) xarici dərsliklərin tərcüməsi və müvafiq tədris vəsaitləri bazasının formalaşdırılması ilə məşğul olur. Sözügedən tədris vəsaitləri əsasında sığorta agentlərinə sertifikatlar təqdim olunacaq", deyə o bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, hal-hazırda Azərbaycanda 28 sığorta və 1 tətkrarsığorta şirkəti fəaliyyət göstərir.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et