“Sıfır Tullantı” həmrəylik marafonu yekunlaşdı | Banco.az

“Sıfır Tullantı” həmrəylik marafonu yekunlaşdı

Xəbər verdiyimiz kimi Qırmızı Ürəklər Fondu ölkənin birinci bankı Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “Sıfır Tullantı” həmrəylik marafonuna start verib.

2 ay davam edən marafon Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Şəki-Zaqatala və Bakı iqtisadi rayonlarını əhatə edib. 25 rayonda yerləşən Kapital Bank filiallarında çalışan əməkdaşlardan ibarət 181 könüllü ümumilikdə 2494 kq tullantı toplamağı bacarıb.

Marafonun finalı isə 14 sentyabr 2024-cü il tarixində, Bakı şəhərinin Bilgəh qəsəbəsində təmizlik aksiyası ilə yekunlaşıb. Ekosistemə daxil olan Kapital Bank, “PashaPay” MMC və “Competo” MMC şirkətlərinin əməkdaşlarının, eləcə də  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və ekologiya könüllülərinin iştirakı ilə keçirilən aksiyaya 70-ə yaxın iştirakçı qoşulub. Layihə Ekologiya və Təbii Sərvətlar Nazirliyinin dəstəyi ilə baş tutub.

Marafonun keçirilməsində məqsəd cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın daha da artırılmasıdır. Eyni zamanda  sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, bu ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, hər kəsi təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək marafonun əsas hədəflərindəndir.

Eyni zamanda layihənin “Yaşıl dünya naminə həmrəylik” ilində və ölkəmizdə baş tutacaq COP29 kimi dünya əhəmiyyətli tədbir ərəfəsində keçirilməsi planetin ekosisteminə töhfə verən bu kimi layihələrin dəstəklənməsinin göstəricisidir. Qırmızı Ürəklər Fondu hər kəsi təiətin qorunmasına yönələn bu təşəbbüsə dəstək olmağa çağırır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram