Müəllif:Mehin Qasımova/Banco.az
Neft nəhəngi "Shell" ABŞ və Britaniya silahlı qüvvələrinin Yəmən husilərinə hücumundan sonra Qırmızı dəniz vasitəsilə bütün tədarükləri qeyri-müəyyən müddətə dayandırıb.
Banco.az xəbər verir ki, bu barədə The Wall Street Journal-ı məlumat yayıb.
Şirkət gəmi ekipajlarının təhlükəsizliyinə təhdid və hücum nəticəsində daşınan yükün böyük miqyasda ətrafa dağılması qorxusu səbəbindən ötən həftə tədarükləri dayandırmaq qərarına gəlib.
Nəşrin məlumatına görə, keçən ay Hindistanın reaktiv yanacağı daşıyan “Shell” şirkətinin icarəyə götürdüyü tanker Qırmızı dənizdə dron tərəfindən hədəfə alınıb və onun ekipajı Husi qayıqları tərəfindən sıxışdırılıb.
Böyük Britaniyanın BP neft-qaz şirkəti də dekabr ayında Qırmız dənizlə neft tankerlərinin daşınmasını müvəqqəti olaraq dayandırıb.
Qeyd edək ki, dünyanın dəniz neft ehtiyatlarının təxminən 12%-i Qırmızı dənizdən keçir.
Bizi sosial şəbəkələrdən izləyin!!