"Səyyar vergi yoxlamalarının sayı kəskin azalıb" | Banco.az

"Səyyar vergi yoxlamalarının sayı kəskin azalıb"

2019-cu ildə hər min fəal vergi ödəyicisinə iki səyyar vergi yoxlaması düşüb.

Bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir bildirib ki, ümumilikdə səyyar vergi yoxlamalarının sayı 44 faiz azalıb, bütün vergilərin təxminən 91 faizi isə könüllü ödənilib. Bundan başqa, ötən il əlavə hesablanmış ödənişlərdə 18 faiz artım müşahidə edilib:

Ən sərfəli kredit üçün müraciət et

“Ümumilikdə, 2019-cu ildə vergi daxilolmaları proqnozu 4,9 faiz üstələyib ki, bu da milli iqtisadiyyatda tam şəffaflığa keçidin müsbət tendensiyasını göstərir”.

M.Cabbarov əlavə edib ki, şəffaflıq kontekstində sosial ödənişlər də artıb:

“Məcburi dövlət sosial sığorta və işsizlik sığortası üzrə sığorta hallarının sayı müvafiq olaraq 24 və 40 faiz artıb”.

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et