Bu yayın istisində özünüzü ofis divarları arxasında necə məhkum edə bilirsiniz? Axı istirahət etmək sizin də təbii haqqınızdır. Səyahətsiz isə istirahətin nə marağı var, nə də ləzzəti.
Lakin səyahətə çıxarkən, gərəkdir ki, ilk yol yoldaşınız səyahət sığortası olsun.
Səyahət sığortası - ölkədən kənarda baş verən xoşagəlməz hadisələr və qəfil xərclərdən qoruyur. Yad ölkədə gözlənilməz hadisələr və qəfil xəstəliklər qarşısında daha aciz oluruq: yaxınlarımız evdəki kimi 10 dəqiqə ərzində köməyimizə yetişə bilmir, çox vaxt təcili tibbi yardımı necə çağırmaq lazım olduğunu da bilmirik. Bu cür hadisələr qarşısıalınmaz olsa da, onların nəticələrini aradan qaldırmağa kömək edən maliyyə mexanizmi mövcuddur.
Bu sığorta növü xaricdə baş verən bilən ən müxtəlif halları əhatə edir - qəfil xəstəlik və ya zədə, baqajın itməsi, səfərin ləngiməsi və s. baş verəndə səyahət sığortasının üstünlükləri özünü göstərir.
Xaricdə səfərdə olan şəxs xəstələnsə onun müalicə, müayinə və dərman xərcləri, xəstənin və onu müşayiət edən şəxsin vətənə göndərilməsi də səyahət sığortasının hesabınadır. Başqa ölkədə yarana bilən müxtəlif vəziyyətlərdə şəxsin hüquqi yardıma ehtiyacı olduqda da lazım olan xərclər səyahət sığortası vasitəsilə ödənilir.
Bəzi sığorta şirkətləri hətta səyahətə çıxarkən nəqliyyat vasitəsinə gecikmədən də sığortalayırlar.
Səyahət sığortası müqaviləsi səyahətə çıxmazdan əvvəl bağlanır. Sığorta haqqınə təsir edə bilən amillər:
- - Səfər edilən ölkə (MBD, Türkiyə, Baltikyanı ölkələr, Şengen ölkələri, ABŞ, Yaxın şərq, Asiya və s)
- - Səfərin məqsədi (turizm, təhsil, idman, yüksək riskli, aşağı risklə səfərlər və s)
- - Səyahətçinin yaş həddi ( o cümlədən sağlıq durumu).
- - Səfərin müddəti
- - Sığorta ödənişinin məbləği ( 5000, 15 000, 30 000 və s).
Bütün bu amillər nəzərə alınaraq, sığorta haqqının miqdarı 5- 30 manat arasında dəyişir. Əksər hallarda səyahət sığortası turist putyovkası və ya avia biletlə birlikdə satıldığına görə səyahətə çıxanlar onu avtomatik alırlar.
Cədvəldəki keçid linklərdən istifadə etməklə sığorta şirkətlərimizin təklifləri ilə tanış ola bilərsiniz.
Sığorta şirkəti |
Məhsulun adı |
Atəşgah Sığorta |
|
AXA MBASK |
|
Paşa Sığorta |
|
AZSığorta |
|
Xalq Sığorta |
|
Bakı Sığorta |
|
Alfa Sığorta |
|
Amrah Sığorta |
|
Ata Sığorta |
|
Buta Sığorta |
|
Başak İnam Sığorta |
|
Qarant Sığorta |
|
Beynəlxalq Sığorta |
İstənilən halda bu cür məqamlara qarşı diqqətli olub, səyahət zamanı xoşagəlməz nüanslardan özünüzü gözləmək üçün sığortalanmağı unutmayın.
Xoş istirahətlər ...
Könül Soltanova / Banco.az