Səyahət zamanı özünüzü sığortalayın | Banco.az

Səyahət zamanı özünüzü sığortalayın

Qarşıdan Yeni il gəlir. Bir çox ölkələrdə Yeni il şənlikləri xüsusi təmtəraqla keçirilir. Əminəm ki, ölkəmizdəndə bir çox insan Yeni il üçün başqa ölkələrə səyahət edəcəkdir. Məsləhət görərdik ki, səhayətinizi zəmanət altına alasınız və səyahət sığortasından yararlanasınız.

 

Səyahət sığortası nədir?

Səyahət sığortası ölkədən kənarda baş verən xoşagəlməz  hadisələrə üçün nəzərdə tutulub.

Bu sığorta növü Könüllü sığortaya aiddir.

Dincəlməyə və ya iş üçün səfərə gedən hər bir kəsə baqajın itirilməsi hallarında, xəstələnmə və travmalar zamanı özünü lazımi dəstəklə təmin etmək üçün sığorta şəhadətnaməsi əldə etmək vacibdir. Çünki, statistik məlumatlara görə, hər 10 saniyədə dünyada bir sığorta hadisəsi baş verir. Bu o deməkdir ki, hər gün həmin insanlara tibbi və ya konsultativ yardım tələb olunur. Öncədən sığorta müqaviləsi imzalamaqla ölkədən kənarda baş verən gözlənilməz hadisələr nəticəsində tələb olunan:

             -tibbi (ambulator və stasionar) xidmətlər;

             -tibbi daşınma/evakuasiya və repatriasiya;

             -hüquqi yardım;

             -baqajın itməsi;

             -səfərin ləngiməsi və s.

ilə əlaqədar çəkilən xərclər sığorta məbləği həddində ödənilir.

Səyahət sığortasından yararlanmaqla bir növ xoşagəlməz hadisələrin qarşısını almış sayılırsınız.

Sizə 2011-2014-cü illər ərzində Azərbaycanda səyahət sığortasının Sığorta haqqları və sığorta ödənişlərinin qrafikini təqdim edirik:

Bu qrafikə nəzər saldıqda görmək olur ki, ən çox sığorta ödənişi 2014-cü ildə qeydə alınıb. Demək olar ki, bütün sığorta şirkətlərində səyahətinizi sığortalaya bilərsiniz. Sizə həmin şirkətlərin siyasını təqdim edirik:

Sığorta şirkəti

Məhsulun adı

Atəşgah Sığorta

Səyahət Sığortası

AXA MBASK

Səyahət sığortası 

Paşa Sığorta

Səyahət sığortası

AZSığorta

Səyahət sığortası

Xalq Sığorta

Səyahət sığortası

Bakı Sığorta

Səyahət sığortası

Alfa Sığorta

Səyahət sığortası

Amrah Sığorta

Səyahət sığortası

Ata Sığorta

Səyahət sığortası

Buta Sığorta

Səyahət sığortası

Başak İnam Sığorta

Səyahət sığortası

Qarant Sığorta

Səyahət sığortası

Beynəlxalq Sığorta

Səyahət sığortas

A-Qroup Sığorta Şirkəti

Xarici səfər sığortası

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti

Səyahət sığortası

Azərbaycan Sənaye Sığorta

Səyahət sığortası

Era Trans Səyahət sığortası

Standard Insurance

Səfər sığortası
Rəvan Sığorta

Səyahət sığortası

Azərqarant Sığorta

Səyahət sığortası

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, səyahət sığortasının qiyməti  səfər edilən ölkədən, səfərin müddətindən və məqsədindən, sığorta ödənişinin maksimal həddindən asılı olaraq dəyişir.

Hər birinizə sağlam və xoş səyahət arzulayırıq !