“Skayskaner” müxtəlif ölkələrin blogerlərinin hesabatlarını, bron sistemlərini və ərzaqların qiymətləri göstərilən saytları araşdıraraq səyahət üçün 9 ən ucuz ölkəni seçib.
Hər ölkə üçün biz iki nəfərlik gündəlik büdcəni göstəririk. Bu, bir nömrədə yaşamağa hesablanmış bir büdcədir. Təbii ki, insanlar fərqlidir və onların komfort haqqında fikirləri də fərqlidir. Bəziləri üçün adi hostel kifayətdir, bəzilərini isə hər 5 ulduzlu otel belə razı sala bilmir. Ona görə də biz dəbdəbəli otelləri deyil, sadə restoran və kafeləri, eləcə də gesthaus və baha olmayan mehmanxanaları və ya airbnb mənzilləri nəzərdən keçiririk.
Bəzi ölkələrdə xərcləri asanlıqla iki dəfə azaltmaq mümkündür, əgər səyahəti ictimai nəqliyyatla etmək qərarına gəlsəz. Hindistan və İndoneziya üçün - məsələn - gündəlik 40-50 dollar büdcə təklif edirik, amma bu ölkələrdə iki nəfər üçün 20 dollara da səyahət etmək mümkündür.
Beləliklə, səyahətin elə də baha başa gəlməyəcəyi 9 maraqlı ölkə:
1. İndoneziya
İki nəfər üçün gündəlik büdcə: 40-50 dollar
Təxmini qiymətlər:
İndoneziyada küçə yeməyi qəpik-quruşa başa gəlir: nasi qorenq və ya mi qorenq (qovrulmuş düyü və ya əriştə) 1,5-2 dollardan baha başa gəlməyəcək, restoranda orta hesab – 5-8 dollardır.
Normal gesthausda Sumatrada 100 min rupiy (9-10dollar), Yavada 10-15 dollar, Balidə 15-20 dollara başa gələ bilər.
2. Laos
İki nəfər üçün gündəlik büdcə: 55-65 dollar
Təxmini qiymətlər:
Küçə kafelərində nahar 10-50 min (1-5 dollar), turistik kafelərdə isə 50-100 min (5-10 dollardır) kipdir.
İki nəfərlik orta qiymətli nömrə 10-15 dollara başa gələcək (Vyetnamda bir qədər bahadır)
3. Hindistan
İki nəfərlik gündəlik büdcə: 40-45 dollar (İki hindistanlı gündə 1,6 dollar xərcləyərək üç həftə keçiriblər.
Təxmini qiymətlər:
Hindistanda küçə yeməyi demək olar ki, havayıdı: vegeterian talisinin (düyü, qaynadılmış tərəvəzlər, mərci və kökə) bir payı 50 rupiyə (0,80 dollar), yerli yeməkxanada doyunca yemək 150 rupiyə (2,5 dollar) olacaq, turistik restoranlarda orta hesab 200-400 rupiy (3-6 dollar) olacaq.
Yaşayış yeri ilə vəziyyət oxşardır: demək olar ki, hər yerdə 300-500 rupi (5-8 dollar) versəz siz yataq, divar və damdan ibarət dəstə sahib olacaqsız, 600-900 rupiyə isə (10-15 dollar) kondisionerli otaq əldə edə bilərsiz. Mumbayda və turistik yerlərdə mövsümün pik vaxtında xərclər 2-3 dəfə artır.
4. Nepal
İki nəfərlik gündəlik büdcə: dağlarda trekdə - 40 dollara yaxın, ölkənin digər yerlərində - 45-50 dollardır.
Təxmini qiymətlər:
Nepalda küçə kafesində doyunca yemək üçün 400-500 rupi (4-5 dollar) bəs edir. Turistik kafelərdə isə bu 2-3 dəfə baha başa gələcək, iki nəfərlik nahar təxminən 15 dollar olacaq.
İki nəfərlik yer ucuz gesthausda gündə 500-800 rupi (5-8 dollar), 15-20 dollara isə normal oteldə qalmaq mümkündür.
5. Misir
İki nəfərlik gündəlik büdcə: 50-60 dollar
Təxmini qiymətlər:
Misirdə küçə yeməyi çox ucuzdur: falafel, kuşari, şaverma 5-10 funtadır (1,5 dollar)
Restoranda orta hesablı çek – 30-50 funtdur (4-7 dollar). Sadə gesthausda otaq 15 dollar, gözəl oteldə isə 25-30 dollara otaq tapmaq mümkündür.
6. Tunis
İki nəfərlik gündəlik büdcə: 60-70 dollar
Təxmini qiymətlər:
Şakşuka, kolbasa-mergez və ya lablabi şorbası kimi yerli yeməklər 5 dinara (3 dollara), restoranda nahar isə 15 dinar (8-9 dollar) olacaq.
Tunisdə ucuz gesthauslar elə də çox deyil, amma 45-50 dinara (20-26 dollar) sadə nömrə tapmaq olar.
7. Gürcüstan
İki nəfərlik gündəlik büdcə: 75-85 dollar
Təxmini qiymətlər:
Gürcüstanda küçə yeməyi yoxdur. Analoq kimi xaçapuri və lobianini göstərmək olar, onları hər küçə başında 2-3 lariyə (1,5 dollara) satırlar. Kafedə nahar 10-12 lariyə (5-6 dollar) başa gələcək. Aralıq variant kimi – xəngəl ola bilər. Bir ədədi 50-60 tetridir (0,25 dollar), bu xəngəlin 10 dənəsi bütün gün tox qalmaq üçün kifayət edir.
Tbilisi və Batumidə sadə iki nəfərlik yer 40 dollara başa gələcək (alternativ olaraq – kauçserfinq və ya sutkası 30 dollara başa gələcək mənzilin kirayəsi), digər yerlərdə, ucuz gesthauslarda nömrə 30-60 laridir (15-30 dollar).
8. Serbiya
İki nəfərlik gündəlik büdcə: 70-80 dollar
Təxmini qiymətlər:
Serbiyanın fastfud analoqları – gibanisa pendir kökəsi, çevapçiçi kolbasaları, pleskavits (qarnirli kotlet və ya çörəkarası) – 200 dinardan (2 dollar) baha deyil. Bir pleskavitsa doymağa kifayət edir.
Normal restoranda nahar 10 dollara başa gəlir. Belqradda sadə iki nəfərlik nömrə 35-40 dollaradır. Mərkəzdə mənzil tutmaq isə 25-35 dollara başa gələcək.
9. Rumıniya
İki nəfərlik gündəlik büdcə: 80-90 dollar
Təxmini qiymətlər:
Rumıniyada küçə yeməyinə rast gələ bilməzsiniz. Ucuz kafedə və ya fastfudda təxminən 5 dollara nahar edə bilərsiniz, restoranda isə bir nəfər üçün naharın qiyməti 12-15 dollara başa gələcək.
Ümumilikdə, ölkədə gesthausda iki nəfərlik nömrə və ya 2 ulduzlu mehmanxanada qalmaq 25-30 dollara başa gəlir. Buxarestdə mənzili gündəlik 30 dollara, Braşovedə isə 35-40 dollara kirayələmək olar.