Səyahət üçün 10 ən ucuz ölkə: Gündəlik xərc neçəyə başa gəlir? | Banco.az

Səyahət üçün 10 ən ucuz ölkə: Gündəlik xərc neçəyə başa gəlir?

Səyahətə çıxmağı, istirahət etməyi kim istəməz ki? Əgər siz də dünyada səyahət üçün ən ucuz ölkələrdən xəbərdar olmaq istəyirsinizsə o zaman bu məqalədən yararlana və eyni zamanda büdcənizə qənaət edə bilərsiniz. İndi danışacağımız bütün bu siyahıdakı ölkələr barədə ağlınızda tərəddüd qalmasın deyə tək -tək otel və gündəlik xərclərinizi qeyd edəcəyik.

1. Nepal - Ölkədə bir vaxt baş verən zəlzələ nəticəsində iqtisadiyyat çox aşağıya düşmüş, yaşam şərtlərində ucuzlaşma baş vermişdir. Təəssüf ki, bu ölkədə gündəlik 1-2 dollara keçinməyə çalışan insanlar var. Yəni, sizin üçün çox balaca görünən rəqəmlər Nepal xalqı üçün çox böyükdür.

- Qonaqlama: 8.2 almış bir oteldə bir gecə adambaşı 3 dollar

- Orta dərəcə restoran yemək: 5 dollar

- Şəhər daxili nəqliyyat: 0.20 cent

- Ortalama gündəlik xərc: 25 dollar

2. Hindistan - 300 milyon insanın küçədə doğulub, küçədə böyüyüb, küçədə öldüyü həmin ölkə. Burada səyahət çox ucuz yaşam isə çox bahadır.

- Qonaqlama: Aqra şəhərində bir oteldə gecəlik qonaqlama adambaşı 3 dollar

- Orta dərəcə restoranda yemək: 4 dollar

- Şəhər daxili nəqliyyat: 0.15 cent

- Ortalama gündəlik xərc: 25-30 dollar

3. Vyetnam - Cənub Şərqi Asiyanın ən cazibədar ölkələrindəndir. Elə düşünmək olar ki, nəinki səyahət etmək üçün eyni zamanda, yaşamaq üçün ən ucuz və ən gözəl ölkələrdəndir.

- Qonaqlama: 8.1 almış bir oteldə günlük adambaşı 4 dollara qalmaq mümkündür.

- Orta dərəcə restoranda yemək: 10 dollar (ucuz restoranda 4 dollar)

- Şəhər daxili nəqliyyat: 0.72 cent

- Ortalama gündəlik məsrəf: 30 dollar

4. Şri-Lanka - Ada ölkəsində aylıq 750 dollara çox rahat yaşaya bilərsiniz.

- Qonaqlama: 8.8 almış otelin gecəsi adambaşı 6.30 dollar

- Orta dərəcə restoranda yemək: 4-7 dollar

- Şəhər daxili nəqliyyat: 0.14 cent

- Ortalama gündəlik xərc: 25 dollar

5. İndoneziya - Ən gözəl yerlərdən biri sayılan bu ölkəyə səyahət də çox münasibdir.

- Qonaqlama: 8.3 almış oteldə bir gecə adambaşı 5-7 dollar

- Orta dərəcə restoranda yemək: 10 dollar

- Şəhər daxili nəqliyyat: 0.38 dollar

- Ortalama gündəlik məsrəf: 35 dollar

Ən sərfəli kredit üçün müraciət et

6. Ukrayna - Ekonomik tətil axtarırsınızsa, Lviv, Kiyev, Odessa kimi gözəl şəhərləri olan bu ölkəyə mütləq səyahət etməlisiniz.

- Qonaqlama: 8.9 almış otelin gecəsi adambaşı 4 dollar

- Orta dərəcə restoranda yemək: 7 dollar

- Şəhər daxili nəqliyyat: 0.20 cent

- Ortalama gündəlik xərc: 30 dollar

7. Gürcüstan - Son illər özünün ucuz səyahət imkanı ilə ən çox turist cəlb edən ölkələrdəndir.

- Qonaqlama: Tiflisdə 8.1 almış oteldə bir gecə adambaşı 4 dollar

- Orta dərəcə restoranda yemək: 10 dollar

- Şəhər daxili nəqliyyat: 0.20 cent

- Ortalama gündəlik xərc: 30 dollar

8. Bolqarıstan - Bir çoxları həftəsonu kiçik səyahət üçün məhz bu ölkəni seçir. Əsasəndə qış mövsümündə turist axını bura daha çox olur.

- Qonaqlama: 8.5 almış bir oteldə gecəlik adambaşı 8 dollar

- Orta dərəcə restoranda yemək: 10 dollar

- Şəhər daxili nəqliyyat: 0.50 cent

- Ortalama gündəlik xərc: 35 dollar

9. Nikaraqua - İllərdir ən ucuz yaşam şərtlərinə malik ölkələrdəndir. Bununla bağlıdır ki, dünyanın dörd bir yanından tələbələr bura ucuz yaşam sürərək dil öyrənməyə gəlirlər.

- Qonaqlama: 8.8 almış bir oteldə bir gecə adambaşı 7 dollar

- Orta dərəcə restoranda yemək: 10 dollar

- Şəhər daxili nəqliyyat: 0.10 cent

- Ortalama gündəlik xərc: 30 dollar

10. Makedoniya - Ən ucuz tətil yeri olmaqla yanaşı, həm də göz oxşayan mənzərəsi vardır.

- Qonaqlama: 8.9 almış bir oteldə bir gecə adambaşı 7 dollar

- Orta dərəcə restoranda yemək: 7-10 dollar

- Şəhər daxili nəqliyyat: 0.70 cent

- Ortalama gündəlik xərc: 30 dollar

Ümid edirik ki, sizin maraq dairənizə və büdcənizə uyğun məlumatlar oldu.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et