Türkiyədə şəxsiyyəti təsdiq edən çipli sənədlə sürücülük vəsiqələri birləşdirilir.
Daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, prosesə cümə günündən başlanacaq.
Bildirilib ki, bu müddət ərzində şəxsiyyəti təsdiq edən sənədlər də dəyişikliyə uğrayıb. İlkin məlumata görə, artıq vətəndaşlar üzərilərində həm şəxsiyyəti təsdiq edən sənəd, həm də sürücülük vəsiqəsi daşımayacaqlar: "Artıq polis əməkdaşları da sürücülük vəsiqəsi üzərində olmayanları cərimələməyəcək. Bacara bilsək, elektron imza, bank kartları və tibbi məlumatları da yeni nəsil şəxsiyyət vəsiqələrinin içərisinə daxil edəcəyik. İçərisində barmaq izi və digər biometrik dataların olduğu sənədi hazırlayacaq gücə sahibik".
Nazir, həmçinin qeyd edib ki, yeni şəxsiyyət vəsiqəsi süni intellekt texnologiyası vasitəsilə bütün xidmətlər üzrə anında müraciəti mümkün edəcək. Layihə nəticəsində təcili yardım, polis və digər xidmətlər bir nömrə vasitəsilə əlçatan olacaq.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!