Səudiyyə Ərəbistanının Sərvət Fondu külli miqdarda zərərə uğrayıb | Banco.az

Səudiyyə Ərəbistanının Sərvət Fondu külli miqdarda zərərə uğrayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanının Sərvət Fondu 15 milyard dollar zərər elan edib.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Sərvət Fondu “SoftBank Vision Fund”dakı investisiyalarının dəyərdən düşməsi və digər texnoloji startaplarının bazardakı vəziyyətin mənfi təsirinə məruz qalması səbəbindən 2022-ci ildə 15,6 milyard dollar həcmində zərərə uğradığını açıqlayıb.

Bazar günü açıqlanan illik maliyyə hesabatına görə, Dövlət İnvestisiya Fondu (PIF) ötən il 25,4 milyard dollar gəlir əldə edib.

Qeyd edilin ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi PIF 2022-ci ildə Səudiyyə səhmlərinə ayrılan aktivlərinin nisbətini 24 faizdən 32 faizə yüksəldib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram