Səudiyyə Ərəbistanının qeyri-neft ixracı ötən il 14,8 faiz artıb | Banco.az

Səudiyyə Ərəbistanının qeyri-neft ixracı ötən il 14,8 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanının qeyri-neft ixracı ötən il 14,8 faiz artaraq 70,88 milyard dollar olub.

Banco.az xəbər verir ki, 2022-ci ildə Ukrayna-Rusiya müharibəsinə görə dünyada yaşanan enerji böhranından sonra bir çox sənaye ölkəsi iqtisadiyyatlarında tənəzzül yaşasa da, Səudiyyə Ərəbistanı G20 ölkələri arasında 8,7 faizlə ən yüksək artım tempinə sahib ölkə olub.

Səudiyyə Ərəbistanı Baş Statistika İnstitutunun məlumatlarına görə, ölkə iqtisadiyyatındakı artım təkcə neft sektoru ilə məhdudlaşmayıb və qeyri-neft ixracından 70 milyard dollardan çox gəlir əldə edilib.

İqtisadi siyasəti ilə qeyri-neft gəlirlərini artırmaq hədəfində uğurla irəliləyən Ər-Riyad hökumətinin 2022-ci il üzrə xarici ticarət kəsiri isə təxminən 222 milyard dollar hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et