Səudiyyə Ərəbistanının neft nəhəngi LNG sektoruna daxil olur | Banco.az

Səudiyyə Ərəbistanının neft nəhəngi LNG sektoruna daxil olur

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Aramco” şirkəti qlobal LNG sektoruna daxil olur.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” ABŞ-a məxsus mayeləşdirilmiş təbii qaz (LNG) şirkəti olan “MidOcean Energy”nin səhmlərini almaqla qlobal LNG sektoruna girəcəyini açıqlayıb.

Bu barədə neft nəhəngi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, “Aramco” “MidOcean Energy”nin “strateji” minor səhmlərini 500 milyon dollara satın almaq barədə razılığa gəlib.

Bəyanatda həmçinin qlobal enerji və infrastruktur sektorlarında aparıcı institusional investorlardan biri olan “EIG” tərəfindən qurulan və idarə olunan “MidOcean Energy” ilə strateji tərəfdaşlığın “Aramco”nun LNG sektoruna ilk beynəlxalq sərmayəsi olduğu bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et