Səudiyyə Ərəbistanının dövlət büdcəsinin kəsiri 50 milyard dollara çatıb | Banco.az

Səudiyyə Ərəbistanının dövlət büdcəsinin kəsiri 50 milyard dollara çatıb

Bu ilin yanvar-sentyabr aylarında Səudiyyə Ərəbistanının dövlət büdcəsinin gəlirləri 144,4 milyard ABŞ dolları, xərcləri isə 193,6 milyard ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24% və 3% azdır.

Son nəticədə büdcədə 49,2 milyard dollar kəsir yaranıb.

Səudiyyə Ərəbistanında büdcə gəlirlərinin azalması əsasən koronavirus (COVID-19) pandemiyasının təsiri ilə izah olunur. Belə ki, pandemiya ilə əlaqədar dünya bazarında neftin ucuzlaşması ölkənin neft gəlirlərini 33%, tətbiq edilən məhdudiyyətlər isə qeyri-neft gəlirlərini isə 5% azaldıb.

Səudiyyə Ərəbistanının dövlət borcu da artmaqdadır. Bu rəqəm ilin əvvəlindən bəri 25% artaraq 226,1 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et