Müəllif:Mehin Qasımova,Banco.az
Səudiyyə Ərəbistanında 110 milyon ton uran filizi aşkarlanıb.
Banco.az xəbər verir ki, bunu ölkənin energetika naziri şahzadə Əbdüləziz bin Salman BMT-nin Vyana ofisində keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Konfransında bildirib.
Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı uran ehtiyatlarının araşdırılması üzrə milli proqram həyata keçirir və nüvə enerjisi sahəsində tənzimləyici sistemini gücləndirir.
Bu açıqlama Səudiyyə Ərəbistanının ABŞ ilə dinc nüvə enerjisindən istifadə sahəsində əməkdaşlıq sazişi imzalamasından bir neçə həftə sonra verilib.
İyulun 23-də imzalanan saziş nüvə texnologiyaları, informasiya və təcrübə mübadiləsi, eləcə də nüvə təhlükəsizliyi və enerji sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
