Səudiyyə Ərəbistanına görə, neft tədarükünün azaldılması uzun müddət davam edə bilər | Banco.az

Səudiyyə Ərəbistanına görə, neft tədarükünün azaldılması uzun müddət davam edə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC+” qrupunun ən böyük istehsalçısı Səudiyyə Ərəbistanına görə, neft tədarükünün azaldılması uzun müddət davam edə bilər.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman neft tədarükünün azaldılmasının gələn ilin birinci rübündən sonra da “mütləq” davam edəcəyini bildirib.

Xatırladaq ki, ötən həftə “OPEC+” gündəlik tədarükün təqribən yarısı Səudiyyə Ərəbistanına aid olmaqla 2 milyon bareldən çox azaldılmasını elan etmişdi.

Şahzadə bin Salmanın sözlərinə görə, bu ixtisar yalnız bazar şərtlərinin qiymətləndirilməsi nəticəsində və tədricən başa çatacaq.

Digər tərəfdən, məsələyə yaxın mənbələrin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin “OPEC+” tərəfdaşları Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Liderlərin neft bazarını müzakirə edəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, Ukraynanın işğalından sonra beynəlxalq aləmdə tək qalan Putin nadir xarici səfərlərindən birini həyata keçirəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et