"Səudiyyə Ərəbistanın bəyan etdiyi addımlar olarsa qısa müddətdə OPEC-in təcili iclasına ehtiyac qalmayacaq" | Banco.az

"Səudiyyə Ərəbistanın bəyan etdiyi addımlar olarsa qısa müddətdə OPEC-in təcili iclasına ehtiyac qalmayacaq"

"Düşünürəm ki, Səudiyyə Ərəbistan tərəfinin bəyan etdiyi addımlar həyata keçirilsə yaxın müddətdə OPEC+, hətta OPEC çərçivəsində heç bir təcili toplantıya ehtiyac yaranmayacaq".

Bunu Azərbaycan Energetika naziri Pərviz Şahbazov bildirib.

O deyib ki, ötən gün OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə Səudiyyə Ərəbistanda baş verən hadisələr müzakirə edilib, müvafiq məsləhətləşmələr aparılıb: “İlk günlərdə təcili iclasa ehtiyacın yaranması haqqında düşüncələr var idi, amma o ilk anlarda idi. Bu gün artıq təcili iclasa ehtiyac yoxdur. Neftin qiyməti sabitdir, neft təchizatında problemlər yaşanmır. Düşünürəm ki, Səudiyyə Ərəbistan tərəfinin bəyan etdiyi addımlar həyata keçirilsə yaxın müddətdə OPEC+, hətta OPEC çərçivəsində heç bir təcili toplantıya ehtiyac yaranmayacaq”. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanındakı iki neft müəssisəsinə dron hücumları nəticəsində yanğınlar baş verib. Bundan sonra dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan bu ölkənin hökuməti 9,8 milyon barellik gündəlik neft hasilatını 5,7 milyon barel azaltdıqlarını açıqlamışdı. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının döyüşdüyü husilər neft yataqlarına onların döyüşçülərinin pilotsuz uçuş aparatlarla hücum etdiklərini açıqlayıb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et