Müəllif: Tamara Mustafayeva, Banco.az
Səudiyyə Ərəbistanı və Yaponiya bərpa olunan enerji, texnologiya və kənd təsərrüfatı üzrə 26 saziş və protokol imzalayıb.
Banco.az xəbər verir ki, Yaponiyanın Baş naziri Kişida Fumio Yaxın Şərq turunun ilk dayanacağı olan Səudiyyə Ərəbistanında ölkənin investisiya naziri Xalid əl-Falih ilə görüşüb.
Görüşdən sonra nazir Falih bildirib ki, imzalanan saziş və protokollar iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsinə və tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcək.
Əsasən təmiz enerji sahəsinə istiqamətlənən 26 sayda saziş və protokolun imzalandığını qeyd edən nazir onların bərpa olunan enerji, hidrogen enerjisi, kosmos, texnologiya, kənd təsərrüfatı, əyləncə və süni intellekt kimi bir neçə başqa sahələri də əhatə etdiyini söyləyib.
O bildirib ki, əldə olunan razılaşmalar iki ölkə arasında iqtisadi tərəfdaşlığı gələcəkdə yeni səviyyələrə daşıyacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!