Müəllif - Aida İsaq, Banco.az
Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında əlaqələrin gücləndirilməsi istiqamətində mühüm qərar qəbul edilib.
Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının turizm naziri Əhməd Əl Xatib və Türkiyə Respublikası Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu arasında 5 milyard dollarlıq əmanət yatırılması haqqında saziş imzalanıb.
Məlumata görə, müvafiq əməkdaşlıq müxtəlif sektorlardakı iqtisadi problemlərin həllinə töhfə vermək məqsədi daşıyır. Eyni zamanda Səudiyyə Ərəbistanı bu müqavilə ilə türk xalqına güclü dəstəyini və Türkiyə iqtisadiyyatının gələcəyinə inamını ifadə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!