Səudiyyə Ərəbistanı turist vizaları verməyə BAŞLAYIR | Banco.az

Səudiyyə Ərəbistanı turist vizaları verməyə BAŞLAYIR

Səudiyyə Ərəbistanı ilk dəfə olaraq turist vizaları verməyə başlayacaq.

Bu barədə Səudiyyə Ərəbistanının Turizm naziri Əhməd Əl-Xatib bildirib.

Bunu tarix məqam adlandıran Əhməd Əl-Xatib deyib ki, sentyabrın 28-dən etibarən 49 ölkənin vətəndaşları onlayn viza üçün müraciət edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, turist vizası alan qeyri-müsəlmanların Məkkə və Mədinə şəhərlərinə səfərinə icazə verilməyəcək.

Daha öncə nazir "Reuters"ə müsahibəsində bildirib ki, qadın turistlərə Səudiyyə Ərəbistanında qadınların ənənəvi geyimlərindən istifadə üçün tələb qoyulmayacaq.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et