Səudiyyə Ərəbistanı, xam neft istehsal həcmini gündəlik 3,3 milyon barel artırmaq üçün milli neft şirkəti "Saudi Aramco"ya təlimat verib.
Səudiyyə birjası "Tadawul"un açıqlamasında, "Saudi Aramco xam neft istehsalını 13 milyon barelə qaldırmaq üçün Səudiyyə Ərəbistanı Energetika Nazirliyindən təlimat almışdır" ifadələri istifadə edilib.
Beləliklə, dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının gündəlik xam neft istehsalı hazırkı 9,7 milyon bareldən 13 milyon barelə yüksələ bilər. Bunun reallaşması halında qlobal neft bazarında əlavə olaraq gündəlik 3,3 milyon barel neft daxil olacaq.
Səudiyyə Ərəbistanı keçən həftə sonu aprel ayından etibarən müştərilərinəa 8 dollar endirimlə xam neft sata biləcəyini açıqlamışdır.
Rusiyanın energetika naziri Aleksandr Novak dünən verdiyi açıqlamada ölkəsinin qısa müddətdə gündəlik istehsalını 250-300 min barel, ümumiyyətlə isə 500 min barel artıra biləcəyini bildirmişdi. O neft qiymətlərin yüksəlməsinin bir neçə ay sonra baş verəcəyini demişdi.
marja