Səudiyyə Ərəbistanı niyə neft qiyməti müharibəsinə başladı? | Banco.az

Səudiyyə Ərəbistanı niyə neft qiyməti müharibəsinə başladı?

Səudiyyə Ərəbistanı Rusiya ilə razılaşa bilmədiyinə görə qiyməti endirmək və neft istehsalını artırmaq qərarı verib. Xatırladaq ki, martın 9-da Brent neftin bareli qiyməti 31 dollara qədər düşmüşdü.

Gənc vəliəhd Şahzadə Salmanın ağılından nələr keçir? Rusiya niyə hasilatın azaldılmasına qarşı çıxır? Bu böhran ABŞ-a necə necə təsir edə bilər? 

1) Səudiyyə Ərəbistanı niyə neft qiymətlərini aşağı saldı?

"Financial Times"da yer alan bir analizə görə, Səudiyyə Ərəbistan qiymətlərdə təyinedicisi (dominat) olmaq istəyir. İqtisadiyyatı neftə bağlı olan Səudiyyə Ərəbistanı qiymətləri salaraq daha az qazanc əldə etsə də, neft satışlarını və bazar payını artırmaq istəyir.

2) Rusiya niyə neft hasilatını azaltmaq istəmir?

Rusiya koronavirusun iqtisadi təsirlərini tam olaraq görmədən neft hasilatını azaltmaq istəmir. Eyni zamanda, Rusiya, dünyanın ən böyük neft istehsalçısı ABŞ-ı da çətin vəziyyətdə qoymaq istəyir.

3) Böhran ABŞ-a necə necə təsir edəcək?

Şist neftilə dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da neft şirkətləri çətin vəziyyətə salınırlar. Qiymətlərin kəskin düşməsilə şirkətlərin gəlirlərinin azalacağı və neft hasilatının sərfəsiz olacağı gözlənilir. Şist nefti sektorunda əldə edilən gəlir çox az idi, indi daha da azalıb. Neft şirkətlərinin borcları və bank kreditləri var. Neft qiymətlərinin düşməsi də Trump üçün risk ünsürüdür. Texas və Şimal Dakota ştatlarının iqtisadiyyatı neftə bağlıdır və qiymətin düşməsi bu ştatlara pis təsir edəcək. Həmin ştatlardan Tramp-ın səs yığması sual altına düşür. 

Ən sərfəli kredit üçün müraciət et

4) Qiymətlər düşməyə davam edəcək?

Koronavirus haqqındakı hər xəbər neft qiymətlərinə təsir edir. Virusa bağlı olaraq başda Çin olmaqla bir sıra ölkələrdə yaşanan istehsal fasilələri neftə tələbi azaldır. Bu an üçün mütəxəssislər qiymətlərin düşməyə davam edib etməyəcəyni şərh etməkdən qaçırlar. Səudiyyə Ərəbistanının nə qədər müddətdə neft qiymətlərini aşağı saxlayacağı və hasilatını nə qədər artıracağı maraqla izlənir.

Səudiyyə Ərəbistanı fevralda 9,7 milyon barel olmuş gündəlik neft hasilatını apreldə 25% artıraraq 12,3 milyon barelə qaldıracağını açıqlayıb. Bu addım ilə neftdəki qiymət müharibəsi qızışıb. Rusiya da bazar payını itirməmək üçün Səudiyyə Ərəbistanı ilə eyni şəkildə cavab verəcəyini aşıqlayıb. Rusiya da neft hasilatını kəskin artırmağa hazırlaşır.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et