Səudiyyə Ərəbistanı neftin qiymətini qaldırdı | Banco.az

Səudiyyə Ərəbistanı neftin qiymətini qaldırdı

Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı koronavirusun Omikron ştammı ilə bağlı narahatlıqlara baxmayaraq neftin qiymətini qaldırıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Asiya ölkələri və Amerikaya satdığı neftin qiymətini qaldırıb. Bu da, öz növbəsində krallığın Omikron ştammının yayılmasına baxmayaraq neftə tələbin azalmayacağını proqnozlaşdırmasından xəbər verir.

Sözügedən addım Səudiyyə Ərəbistanı və Rusiyanın aparıcı mövqeyə sahib olduğu 23 üvzü olan OPEC və tərəfdaşlarının (OPEC+) hasilatın artırılmasına dair qəbul etdiyi müvafiq qərardan dərhal sonra atılıb.

"Saudi Aramco" şirkəti açıqlama edərək Asiya ölkələri və Amerikaya satılan hər növ neftin yanvar ayı üzrə qiymətlərində artım olacağını elan edib. Artım isə Asiya ölkələri üçün 60 sent, Amerika üçün isə 40-60 sent aralığında müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkət üçün daha kiçik bazar hesab edilən Avropa üzrə isə qiymətlər aşağı salınacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et