Səudiyyə Ərəbistanı neftin qiymətinin 80 dollar/barel səviyyəsinə qalxması üçün hasilatı azaltmaq niyyətindədir.
Bu barədə OPEC-dəki mənbələrə istinadən "Wall Street Journal" məlumat verib.
"Səudiyyə Ərəbistanı neftin qiymətini 80 dollar/barel səviyyəsinə qaytarmaq ümidi ilə bu ay hasilatda daha böyükmiqyaslı azalmalara hazırlaşır. Səudiyyə Ərəbistanı neft ixracını ayın sonuna qədər gündəlik 7,1 milyon barelə salmağı planlaşdırır", - məlumatda deyilir.
Bununla yanaşı, qeyd olunur ki, "Brent" markalı neftin qiyməti orta hesabla 80 dollar/barel səviyyəsinə çatmasa, Səudiyyə Ərəbistanının büdcəsi kəsirli olacaq.
Səudiyyə Ərəbistanının ixrac həcmini ötən ilin noyabr ayındakı səviyyədən sutkalıq 800 min barel azaltmağı planlaşdırdığı bildirilir, bu isə OPEC+ sazişi ilə tələb olunan azalmadan xeyli çoxdur.
Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı artıq dekabr ayında əvvəlki ayla müqayisədə hasilatı gündəlik 400 min barel azaldıb, yanvar ayında da bir o qədər azalma olacaq.
Report.az